Cəbhədə uşaq yaralandı

Yarali

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov açıqlamasında, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun güllə yarası ilə xəstəxanaya gətirildiyini bildirdi:

“Yaralı yarım saat bundan əvvəl xəstəxanaya gətirilib. Xəstənin əlində güllə, sinəsində isə qəlpə yaraları var. Hazırda uşağın hansı şəraitdə yaralandığı araşdırılır”.

Uşaq Mülkülü kənd sakinidir.

Qeyd edək ki, Ermənilərin cəbhə istiqamətində intensiv olaraq atəşkəsi pozması nəticəsində bir necə saat öncə də bir uşaq yaralanıb. Hadisə Ağstafa rayonu istiqamətində baş verib. Sərhəddə yerləşən Köhnə Qışlaq kəndininin atəşə tutulması nəticəsində 8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən yaralanıb.