Cəbhədən son xəbər

Cebhe

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

XALQ.AZ-ın məlumatına görə, erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, dünən də ermənilər atəşkəsi pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.