Cəlilabadda ağır yol qəzası: 2 ölü

44

Cəlilabad rayonunda 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Cəlilabad rayon Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə qarşı tərəfdən gələn Asim Alixan oğlu Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil bir neçə hissəyə bölünüb.

Hadisə nəticəsində “Jiquli”nin sürücüsü və sərnişin Seymur İlqar oğlu Qarayev dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və “Mercedes”in sürücüsü Teymur Məmiş oğlu Yadigarov müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına yerləşdirliblər. Yaralıların vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisə “Jiquli”nin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.