Cəlilabadda “Mercedes” velosipedçini vurdu

Velosped

Ötən gün axşam saatlarında Cəlilabad rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonun H.Əliyev prospektində Seyrəngah adlanan itirahət parkın qarşısında qeydə alınıb.

Belə ki, Müslüm Miraqil oglu Vəliyev sükanı arxasında oldugu “Mercedes” markalı minik avtomobililə hərəkətdə olarkən həmin istiqamətdə yolu keçmək istəyən velosipedçi 17 yaşlı Elməddin Elçin oglu Quliyevi vurub. Qəzanın təsirindən velosepedçi 20 metr yolun kənarına düşüb. Yaralı dərhal Cəlilıabad Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan paytaxta göndərilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mercedes”in sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.