Cəlilabadda yanğın olub

Yangin-2

Cəlilabad rayonunda köhnə yük avtomobilllərinin saxlanıldığı sexdə yanğın olub.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayonun Qurtuluş küçəsində qeydə alınıb.

Quru otlaq sahədən başlanan yanğın tədricən sexdəki avtomobil təkərlərini alovlandırmağa başlayıb. Daha sonra yanğının əhatəsi genişlənərək sexdəki avtomobil ehtiyyat hissələrinə də keçməyə başlayıb.

Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin 2 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunaraq yanğının sexdəki “ZİL” markalı yük avtomobilinə, eləcə də ətrafdakı təsərrüfat malları satılan mərkəzə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə yanğın ərazidə oynayan uşaqların odla ehtiyyatsız davranmasından qaynaqlanıb.

Faktla bağlı araşdırma aparılır.