Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir

2 fevral Gənclər günü münasibəti ilə bütün gənclərimizi səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində yalnız uğurlar arzulayıram.Bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Və mən də o şanslı gənclərdən biri idim.Məhz illər keçdikcə Ulu Öndərin necə uzaqgörən siyasətçi olduğunu daha da yaxşı anlayırıq. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur.Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Bu bu gün də dəyişməz olaraq qalmaqdadır.Hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.Heydər Əliyevin ölkəmizə rəhbərliyi müddəti ərzində çoxlu sayda gənclərlə, onların inkişafı ilə bağlı mühüm qanun və sərəncamları olmuşdur.Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir.Gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur. Ulu Öndər Heydər Əliyevin yürütdüyü gənclər siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin rəhbərliyi müddətində də Azərbaycan bir çox idman yarışları, musiqi festivallarına ev sahibliyi etmiş və gənclərimiz bu tədbirlərdə istər iştirakçı istərsə də könüllü kimi fəaliyyət göstərmişdir.Cənab prezident İlham Əliyev 2020-ci ili Könüllülər İli elan edərək, bir daha Azərbaycan gəncliyinə, onların könüllü fəaliyyətlərinə verdiyi diqqət və qayğını göstərmiş oldu. Ancaq bütün dünyanı cənginə alan koronavirus səbəbilə bir sıra tədbir və festivalların ləğv olunması səbəbilə bu il planlandığı kimi olmadı. Buna baxmayaraq Azərbaycan gəncliyi daha önəmli bir missiyanı yerinə yetirdi. Böyük Vətən müharibəsi müddətində Azərbaycan gəncliyi Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, onun siyasətinə dəstək verdi. Bir çox gənclərimiz ön cəbhədə Vətən üçün savaşarkən, digər yandan bir qrup isə arxa cəbhədə, virtual arenada düşmənlə hətta, mən deyərdim ki, bütün dünya ölkələri ilə mübarizə apardı. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, məhz elə 2020 ci ili Azərbaycanda yüksək səviyyədə könüllü ili kimi qeyd olundu.Mən belə düşünürəm ki, məhz bu il də ölkəmizdə könüllülük fəaliyyəti yüksək səviyyədə qeyd olunacaq. Qarabağımızın abadlaşdırılmasında bütün Azərbaycan Gəncliyi öz gücünü səfərbər edəcək. 2020 bizim üçün Zəfər ili oldu. 2021 -ci il isə Dirçəliş ili olacaq. Və böyük fəxr hissi ilə demək istəyirəm iki, bu dirçəlişi Ali Baş Komandan və ətrafında bir yumruq kimi birləşmiş Azərbaycan xalqı, Azərbaycan gəncliyi reallaşdıracaq.

Milli Məclisin deputatı

Tamam Cəfərova