Cənubi Qafqaz regionunun yeni inkişaf və əməkdaşlıq perspektivləri

 

 

Azərbaycan 1991-ci 18 oktaybr tarixində müstəqillik etdikdən sonra elm, mədəniyyət və iqtisadiyyat sahəsində bir çox irəliləyişlər əldə etdi. Hələ ulu öndərimiz Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində 1994-cü ol sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının birgə işlənməsi və hasil olunması barədə dünyanın 11 ən iri neft şirkəti ilə “əsrin müqaviləsi” imzalanmışdır. Bununlada, Azərbaycan enerji sahəsində ən perspektiv addımlarını atmağa başlamışdı. Bu layihənin ardınca 1999-cu ilin dekabrında Azərbaycan nefti iri tankerlərlə dünya bazarlarına çıxarıldı. Bu layihədən gələn gəlirlər sabiq prezidentimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə daxil edildi. Azərbaycanın qaz və neft sahəsində əldə etdiyi uğurlar davam etməkdə idi. Hələ 2002-ci il sentyabrın 18-də ulu öndərimiz Heydər Əliyevin sağlığında Səngəçal terminalında Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin təməl daşı qoyulmuşdu. Nəhayət 21-ci əsrin ən böyük enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ulu öndərimiz Heydər Əliyevin sadiq davamçısı Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində təntənəli açılış mərasimi oldu. Bu neft boru kəməri istifadəyə verildiyi gündən 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına çıxarıldı.

Ümumiyyətlə sabiq prezidentimiz ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində canlanma başlamışdı. Əsasəndə neft , qaz , kimya emalı bir çox müsbət irəliləyişlər baş vermişdir.

Bununlada neft, qaz emalı sahəsində yüksək dinamik inkişaf baş verdi. Neftdən gələn gəlirlər sayəsində o cümlədən hərbi-müdafiə sənayəmizdə dirçəlmişdi. Yeni silahların və texnikanın alınması buna baris nümunədir. İqtisadiyyatın inkişafında ağıllı və uzaq görən siyasət aparmaq lazımdırki, bunuda Cənab Prezident İlham Əliyev layiqincə həyata kecirir.

Cənab Prezident İlham Əliyevin iştirakı ilə hər il kecirilən Cənub Qaz Dəhlizinin Məşvərət şurasında Azərbaycanın neft-qaz sektorunda əldə etdiyi uğurlardan söhbət açılıb. Ümumiyyətlə Cənub qaz dəhlizidə eynilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri kimi dünyaya səs salacaq. Dünyanın bir çox qabaqcıl bankları Dünya Bankı, Avropa Yenidən qurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı bu layihəyə kulli miqdarda sərmayə yatırıblar. Və biz inanırıqki, gələcək planlarımızın reallaşdırılmasında mühüm rol oynayacaq.

Azərbaycanın neft sektorunda əhəmiyyətli rol oynayan Cənub Qaz dəhliz layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işə salınması və əsasəndə hasil ediləcək Cənubi Qafqaz Boru kəməri, TANAP, TAP layihələri vasitəsilə ilkin olaraq Azərbaycan nefti Türkiyəyə və Cənubi Avropaya ixrac olunacaqdır. Bununla da, “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla yanaşı Cənubi Qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qazla təmin etməklə, enerji təhlükəsizliyi artıracaq.

Bu layihənin marşurut xətti Türkiyə üzərindən və oradan da İtaliya üzərindən Avropaya çatdırılacaq.

Bu layihənin sayəsində Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il yenidən bu göstəricilərin sayı 24 milyard kubmetr olacaq.

Keçirilən bu məşvərət planında Azərbaycanın Cənubi Qafqazın inkişafına dair gördüyü işlərdən söhbət açılıb. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın öz dövlət büdcəsi hesabına görülür. Hec bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə yardım almadan həyata keçirilir. Düzdür, Avropa Birliyi Ermənistanın təcavüzkar dövlət olduğu halda, ona külli miqdarda yardım edir. Əlbəttəki, bu ədalətsizlikdir. Bu ikili standartlardır, ancaq nə etmək olar. Bu bizim yaşadığımız dünyadır. Kiminsə, bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünləri öz yurd-yuvalarına qaytaracayıq və Qarabağı bütün dünyaya nümunə olacaq bir inkişaf etmiş regiona çevirəcəyik.

Qarabağın hazırda tərəfimizdən yenidən qurma işlərinin aparıldığı hissəsində qaz xətlərinin inkişafı planımızdadır. Hal-hazırda Kəlbəcər, Laçın, Tərtərdə hidroelektik stansiyalarının gücü 20 milyard meqavatlıq gücündədir.

30 il ərzində Ermənistanın təcavüzkarlığı dövründə bütün şəhərlərimiz, tarixi abidələrimiz, yollarımız, körpülərimiz dağıdılmışdır. Bəzi rayonlarda məsələn, Kəlbəcərdə, Laçında və qisməndə Zəngilanda və Şuşada rəsmən Ermənistan hökümətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Cənab Prezident İlham Əliyevində bəyan etdiyi kimi, biz Qarabağı yenidən qururuq və bütün iqtisadiyyatımızı səfərbər edirik. Eyni zamanda biz regionda sülh gündəliyini təşviq edirik.

 

 

Nəsimi rayon təhsil işçisi

Abbasova Pərvanə