Cahit Bağçı Azərbaycan səfir göndərildi

Türkiyə Azərbaycana yeni səfir təyin edib. 

XALQ.AZ “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

Sərəncama əsasən, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı olacaq. 

R. T. Ərdoğanın qərarlarıyla ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib.