Canavarlar kəndə hücum etdi

canavar

Cəlilabad rayonunda canavarlar kəndə hücum edib. Məlumata görə, hadisə axşam saatlarında Cəlilabad rayonunun Zəhmətabad kəndində baş verib.

Kəndə soxulan yırtıcılar təsərrüfatındakı heyvana hücum edərək onu yaralayıb. Sakinlərin sözlərinə görə, bu ilk hal deyil.

Belə ki, anoloji hadisə bir necə gün öncə də baş verib. Canavar sürüsü elə həmin kənddə 6 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Sakinlər canavarların kənddəki digər heyvanlara yenidən hücum edə biləcəyindən narahatdılar.