CanAzərbaycan yayıma başlayır

Kosmos

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin milli peyk operatoru ilə Türkiyənin “Mediathink” şirkəti arasında Azərbaycan telekanalının yerli peyk vasitəsilə translyasiya olunması ilə bağlı müqavilə bağlanılıb.

XALQ.AZ-ın məlumatına görə, sənədə əsasən, CanAzərbaycan telekanalı Azerspace-1 peyki vasitəsilə oktyabrın 1-dən yayımlanacaq.

Türkiyə şirkətinin direktoru Namik Kamal Yıldırım bildirib ki, CanAzərbaycan Türkiyəyə və dünyaya Azərbaycan musiqisini, mədəniyyətini və incəsənətini nümayiş etdirəcək.