Cari ilin doqquz ayında Tovuzda 338 nəfər işlə təmin olunmuşdur

 

01

Tovuz rayonunda əhalininin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlu tədbirlər həyata keçirilir.
Rayon Məşğulluq Mərkəzindən AzərTAc-a bildirmişlər ki, yanvar-sentyabr aylarında idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumat toplanmış və məşğulluq mərkəzinə müraciət edən 1006 nəfər işaxtaran vətəndaşdan 338 nəfəri işlə təmin olunmuşdur ki, onların da 150 nəfəri qadınlardır.
Bundan başqa, doqquz ayda 20 nəfərə işsizlik statusu verilmiş, 23 nəfərə müavinət ödənilmiş, 10 nəfər isə peşəyönümlü kursa cəlb olunmuşdur.