Caspian Energy Club üzvləri növbəti “CEO Breakfast” da iştirak edib.


Tədbirin əsasını kiçik və orta biznesin nümayəndələri təşkil edib.Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, buda öz növbəsində Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına yol açır.
Azərbaycan Respublikasi Milli Məclisin deputatı Rüfət Quliyev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfinin birinci katibi Sayan Kulijanov Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “CEO Breakfast”da fəxri qonaq qismində aktiv iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
“CEO Breakfast”ın iştirakçılar arasında şirkət rəhbərləri və şirkətlərin marketinq və satış menecerləri olub. Bu onlar araında münasibət yaratmaq, öz xidmət və məhsullarını təqdim etmək, eləcə də xidmət və məhsullarını Klubdan kənar şirkətlərə tanıtmağ üçün əlverişli şərait yaradır.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.