“Cavab oyunu daha maraqlı olacaq”

Futbol

“Qələbə qazanmağı çox istərdik. Amma alınmadı. Hələ cavab oyunu var. Son bir həftədə oyuna Çumbinyo ilə hazırlaşmışdıq. Onun yoxluğu planlarımızı dəyişdi”. “Qələbə qazanmağı çox istəyirdik. Amma alınmadı. Çumbinyonun olmaması planlarımızı dəyişdi”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri “Tvente” ilə oyundan sonra (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov cavab oyunun daha maraqlı olacağını bildirib: “Cavab oyunu daha maraqlı olacaq. Səfərdə sərfəli nəticə üçün meydana çıxacağıq. Şansımız bərabərdi. Açığı, “Tvente”dən heç nə gizlətmədim. Çumbinyo zədəli olduğu üçün meydana buraxmadım. Sadəcə, oyunçular istədiyim kimi çıxış etmədi. Çumbinyonun yoxluğu bütövlükdə komandanın oyununa təsir etdi. Riçard meydanda bu gün çox iş gördü”.

Qurbanov Leory Corc və Danilo Diasın əvəzlənərək yerlərini gənc yerli futbolçulara verməsi haqda da danışıb: “Əvəzetmələrimizi tez etdik. Amma onlar da etimadı doğrultmadı. Bəlkə də biz rəqibdən daha açıq oyun gözləyirdik deyə belə oldu. Ümumi oyunu götürsək, Riçard Almeydanın oyunun alınmaması da Çumbinyonun olmaması ilə bağlı idi. Çünki o və komanda yoldaşları Çumbinyo ilə birgə oynamağa öyrəşib. Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm”.