Cavanşir Paşazadə seçicilərlə görüşlərini davam etdirir – FOTO

75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçicilərlə çox səmimi görüşlər keçirir.

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə yanvarın 23-də insanlarla bir araya gəlib. Ölkədə aparılan kadr, eləcə də, iqtisadi-sosial islahatlardan  danışan Cavanşir Paşazadə ölkə başçısının gördüyü işləri müsbət dəyərləndirib.

Deputatlığa namizəd qeyd edib ki, Lənkəran-Masallı rayonlarında 15 il bundan qabaq qaz-işıq problemlərinin olmasından şikayətlər olurdusa, bu gün o cür şikayətlər yoxdur.

Rayon camaatı deputatlığa namizədlə görüş zamanı növbəti dəfə ona səs verəcəklərini xüsusi qeyd ediblər.

Sonda Cavanşir Paşazadə hər bir seçicisinə minnətdarlığını bildirib.

XALQ.AZ