Cavanşir Paşazadə: Bizim böyük şəhərlərimiz tikilməkdədir

Bizim 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra dərhal cənab Prezident Ali Baş Komandan İlham Əliyev qərar verdi”.

Bu sözləri  açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, yerlərdə dağıdılmış şəhər və kəndlərin tikintisinə və bütün ölkələrdən minatəmizləmə sahəsində uzman olan şəxslərin dəvət olunmasına, çoxlu minanın təmizlənməsi ilə köçkün və qaçqınların yaşaması üçün şərait yaradılmağa başlandı: “Bu gün də bu proses davam edir. Bizim böyük şəhərlərimiz tikilməkdədir. Ağdam, Şuşa, Laçın, Kəlbəcər və digər şəhərlərin tikilməsi ilə yanaşı kənd təsərrüfatı sahəsində də işlər görülür.

Bu ərazilərdə su təchizatı, yaşıl enerji ilə, əkinçiliklə, heyvandarlıqla bağlı məsələlər tam şəkildə inkişaf edir. Bunlarla yanaşı gələcəkdə turizmlə də bağlı böyük işlər görülür. Bilirsiniz ki, Qarabağın gözəl havası, suyu var və insanların orada istirahəti üçün böyük şərait yaradılır.

Kənd yerlərində isə müəyyən qədər çətinliklər var. Çünki mina təmizlənir və hələ də təmizlənməkdədir. Şəhərlərə “Böyük Qayıdış”ın təşkil olunmasına çalışılır. Cənab Prezidentin rəhbərliyi ilə keçmiş məcburi köçkünlər öz torpaqlarına geri dönürlər. Köç prosesi davam edəcək və sürətlə də davam edir”.