Cavid Osmanov: “Azərbaycan regionda yeni reallıqlar yaradıb”

Milli Məclisin deputatı Cavid Osmanov gündəmdə olan mövzular, işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr və digər məsələlərlə bağlı müsahibə verib.

O müsahibəsində bir daha işğalçı ölkə siyasilərinin popurist çıxışları, revanşist düşüncələrinin həyata keçməyəcəyini, Azərbaycanın dəmir yumruğunun yerində olduğunu hətta daha da gücləndiyini deyib. Müsahibəni sizlərə təqdim edirik;

– Cavid müəllim Cənab Prezident Respubliak Günündə Ağdam Şəhərinə səfər etdi. Bu tarixi səfər çərçivəsində dövlətimizin başçısı bir sıra layihələrin təməllərini qoydu və mühüm müsajlar verdi. Siz bu yöndə nə deyə bilərsiniz?

– Vətən Müharibəsindəki parlaq qələbədən sonra Cənab Prezident işğaldan azad olunmuş ərazilərə müntəzəm səfər edir. Bu səfərlər çərçivəsində bir sıra vacib infrastruktur layihələrin, sosial obyektlərin təməlləri qoyulub. Cənab Prezidentin Ağdam rayonuna səfəri də çox əlamətdar hadisə idi. Səfərin məhz Respublika Günündə reallaşması Cənab Prezidentin dediyi kimi heç də təsadüfi deyildi. Bu səfər bir daha Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bildiyiniz kimi səfər çərçivəsində Ağdamın yeni Baş Planı təsdiqləndi. Və biz bir daha gördük ki, Azərbaycan güclü qüdrətli dövlət olmaqla yanaşı müasir dövlətdir. Çünki, orada təməli atılan bəzi obyetktlərin zamanın tələbinə uyğun, necə müasir memarlıq üslubunda hazırlandığının şahidi olduq. Bütün bunlar Cənab Prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirilən layihələrdir.

Digər tərəfdən isə Cənab Prezident bir daha dünyaya göstərdi ki. düşmən bu torpaqları 30 il işğalda saxlamaqla yanaşı vandal siyasət həyata keçiriblər. Ağdam eləcə də digər işğaldan azad olunan ərazilərimiz təmamilə dağıdılıb, onlar daşı-daş üstündə qoymayıblar. Cənab Prezident Ağdamda ictimayyət nümayəndələri ilə keçirdiyi görüşdə ermənilərin vandal siyasətini dünyaya çatdırmaqla yanaşı işğalçı ölkəyə və onlara havadarlıq edənlərə bir sıra mesajlar verdi. Əgər ermənilər bir daha təxribata əl atarlarsa, revanşist düşüncəyə düşərlərsə Azərbaycan bunun cavabını layiqincə verəcək. Eyni zamanda Cənab Prezident bir daha bəyan etdi ki, artıq münaqişə bitib. Azərbaycan gələcəyə, sülhə, əminamanlığa, tərəqqi və inkişafa yönüəlik iş aparır. Xarabalığa çevrilmiş ərazilərimiz qısa zamanda cənnətə çevriləcək.

– İkili standartlar davam edir. Bir sıra qərəzli bəyanatlar verilir..

– İkili standartlar yeni məsələ deyil. Bu standartlar bundan öncə də var idi indi də davam edir. Belə standartlardan çıxış edənlər Azərbaycanın, ölkəmizdə demokratik inkişafını, insan haqqları, Söz və mətbuat azadlığı baxımından atılan müsbət addımları həzm edə bilmirlər. 44 günlük vətən müharibəsindən sonra bu standartlardan çıxış edənlər öz fəaliyyətlərini daha qabarıq və açıq şəkildə həyata keçirməyə çalşırlar. Qərəzlə çıxış edən Avropa Parlamentinin və digər ölkələrin qətnamələri Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Bununla Azərbaycana təsir etmək mümkün deyil. Yaxşısı budur ki, onlar sivil düşüncə ilə Azərbaycanla əməkdaşlıq etsinlər. Baxın Rsepublika Günü ərərfəsində Cənab Prezidentə müxtəlif dövlət başçıları tərəfindən gələn təbrik məktublarında Azərbaycanla müxtəlif istiqamətli əməkdaşlıq, yeni perspektivlər axtarışı açıq aydın vurğulanır. ABŞ prezidentinin məktubunda Azərbaycanla terrorizmin qarşısının alınması, sülhün, əmin- amanlığın inkişafında ABŞ-ın Azərbaycanla əməkdaşlığı, ABŞ-ın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə nə qədər önəm verdiyinin şahidi olduq. Çin Xalq Respublikası rəhbərinin məktubunda beynəlxalq nəqliyyat dəhlizi, xüsusən “Bir kəmər bir yol” layihəsinin əhəmiyyəti vurğulanıb. Rusiya Prezidentinin məktubununda Azərbaycanın bütün layihələrdə mühüm rol oynadığı, və Azərbaycanın dünyada böyük nüfuz qazandığı, Almaniya Prezidentinin məktubunda koronavurusla mübarizədə Azərbaycanın oynadığı mühüm rol, İtaliya prezidentinin məktubunda Azərbaycanla enerji sahəsindən mədəni sahəyə kimi əməkdaşlığı daha da inkişaf etdirmək və yeni perspektivlər üzərində çalışmaq məsələləri xüsusi vurğulanır. Ümumən bu məktublara baxanda görürük ki, 44 günlük vətən müharibəsindən sonra Azərbaycan dünya maştabında bir dövlət kimi sayılıb-seçilən dövlətdir. Və Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artmaqdadır.

– Düşmən yenə təxribata əl atır. Təxribatların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Ermənistanda 20 İyulda keçiriləcək seçkilərlə əlaqədar revanşist çıxış edən və bu düşüncədə olanların sayı artır. Onlar bununla siyasi popurzm qazanmaq istəyirlər. Özləri də bilirlər ki, revanşist düşüncəni həyata keçirmək mümkün deyil. Çünki, 44 günlük müharibədən sonra Ermənistan ordusu məhv olub. Maddi texniki bazasına kifayyət qədər ciddi ziyan dəyib. Ermənistanın daxilində acınacaqlı vəziyyət də bunu göstərir. Bütün bunlara baxmayaraq təhlükə olarsa onları cavabları artıqlaması ilə veriləcək.

– Sülh danışıqları məsələsi mümkündür?

– Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Cənab Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi mötəbər tədbirdə çıxışı zamanı öz fikirlərini ifadə etmişdi. Eyni zamanda dövlət başçısı tvitter səhifəsində bu məsələyə münasibət bildirib. Bu məsələdə Ermənistan-Azərbaycanın ərazi bütövlüyünü, xüsusən 10 noyabr bəyanatına riayyət etməlidir. Sülh məsələsinə gəlincə təbii ki, bu çətin mərhələdir. Xüsusən xalqımız üçün çətindir. Ermənilərin tarix boyu etdikləri vəhşilikləri, vandal siyasətini unutmaq mümkün deyil. Ancaq mərhələli, qarşılıqlı şəkildə bu əməkdaşlığı qura bilərik. Azərbaycan tərəfi ilkin addımları atıb. Biz bir neçə erməninin qaytarılması, Azərbaycan üzərindən Ermənistana təbii qazın verilməsini göstərə bilərik. Azərbaycan diqtə edən tərəf olsa da elə ilk addımları atan tərəf də biz olduq. Artıq növbəti addımlar Ermənistan tərəfindən gəlməlidir.

– Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləriniz oxucularımız üçün maraqlıdır.

– Ermənistan istəsə də istəməsə də bu dəhliz açılacaq. Bu ən çox Ermənistanın özünə lazımdır. Eyni zamanda Zəngəzur Dəhlizinə sıradan layihə kimi baxmaq düzgün olmaz. Buna bölgə ölkələrinin qarşılıqlı əlaqəsi, inkişafı və perspektivi baxımından, nəinki bölgə ölkələri bütövlükdə Türk dünyasını birləşdirən bir layihə kimi baxılmalı, qiymətləndirmə bu konteksdən aparılmalıdır.

– Azərbaycan antiterror əməliyyatları apara bilərmi?

– Azərbaycan öz ərazisini qorumaq üçün hər zaman hazırdır. 10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən möhtəşəm paradda cənab Prezident qeyd etdi ki, Azərbaycan yeni kontraktlar bağlayır. Azərbaycan Ordusu durmadan inkişaf edir və bu proses davamlı olacaq. Təbii ki, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı təhdidlərin qarşısı qətiyyətlə alınacaq.sabahinfo.az