Cavid Qurbanovun qardaşına yeni vəzifə verildi

Cavid

“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun qardaşı, Xaçmazın polis rəisi Şəhriyar Şəmşirliyə yeni vəzifə verlib.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Cavid Qurbanovun qardaşı Abşerona polis rəisi gətirilib.

Ramil Usubov eyni zamanda Şəhriyar Şəmşirlidən əvvəl Abşeron rəisi olan Namiq İsmayılovla bağlı da əmr verib. O, Binəqədiyə rəis göndərilib.

Nazirin digər əmri ilə Binəqədi polis rəisi Ağalar Məhərrəmov isə Bakı Şəhər Paş Polis İdarəsinin pasport idarəsinə rəis təyin olunub.