Çavuşoğlu Moskvaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

XALQ.AZ xəbər verir  ki, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, Çavuşoğlu və Lavrov sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.

 

 

Orxan