Çavuşoğlu Rusiyaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər etmək niyyətindədir.

XALQ.AZ xəbər verir ki, bu barədə TASS “Habertürk”ə istinadən məlumat verib.

Qeyd olunur ki, səfərin məqsədi ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməkdir.

Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair fərman imzalayıb.

 

Orxan