Çeşmi Hacıyeva yüksək vəzifəyə təyin olundu

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla özünə yeni müşavir təyin edib.

XALQ.AZ xəbər verir ki, Çeşmi Hacıyeva rektorun multikulturalizm məsələləri üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, Ç.Hacıyeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun həyat yoldaşı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin qızıdır.