Ceyhun Bayramov dərslərin başlanması tarixindən danışdı

“Dərslərin açılması  mövzusu həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusudur”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri AzTV-nin “Hədəf” verilişinin qonağı olarkən Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə,  təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkət etməsi deməkdir:

“Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov deyib ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, ölkədə tədris prosesi martın 3-də dayandırılıb.