Ceyhun Məmmədovun “Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din” adlı kitabı yenidən işıq üzü görüb

Milli Məclisin deputatı Ceyhun Məmmədovun “Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din” adlı kitabı yenidən işıq üzü görüb.

Bu barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Azərbaycanın dövlətçilik ənənələri, ən yeni dövr Azərbaycan tarixi və bu dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətləri, digər dövlətlərlə əlaqələr, dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimiz, din təhsilinin tarixi, həmçinin xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərindən ətraflı bəhs edilir. Kitab dinşünaslar, elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.