“Çin Azərbaycan üçün strateji, dost ölkədir”

“Azərbaycanla Çin arasında münasibətlər inkişaf edir. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub”.

XALQ.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Si Cinpin-in yeni dövrü Çin səciyyəvi sosializm ideyası” mövzusunda keçirilən konfransda hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, ölkələr arasında müxtəlif iqtisadi, siyasi sənədlər imzalanıb: “Çin Azərbaycan üçün strateji, dost ölkədir, Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edib”.

Onun sözlərinə görə, Çin dünyada güclü ölkələrdəndir: “Çin iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycanla bu ölkə ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir”.

 

Orxan