Çin ordusu döyüşə hazır vəziyyətə gətirildi – Müharibə anonsları edilir

ABŞ Prezidenti Co Baydenin Asiya turu çərçivəsində Tayvanın müdafiəsini dəstəkləyən bəyanatları Çini qəzəbləndirib.

Xalq.az xəbər verir ki, Çin Tayvan ətrafında təlimlərə başlayıb. Ordunun açıqlamasına görə, Tayvan ətrafındakı sularda müxtəlif hərbi qüvvələrin cəlb olunduğu birgə fövqəladə patrul və real döyüş təlimi keçirilir.

Açıqlamaya görə, hərbi təlimlər ABŞ və Tayvanın əməkdaşlığına qarşı xəbərdarlıqdır. Bildirilib ki, ordu, xarici qüvvələrin və Tayvanda azadlıq tərəfdarı qüvvələrin cəhdlərini məhv edəcək gücə sahibdir. Çinin Müdafiə Nazirliyindən bildirilib ki, ordu döyüş əmrinə hazırdır.