COVID-19 xəstələrinə evdə müalicə aldıqları müddətdə nə qədər müavinət ödənilir

Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.

XALQ.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

İlk 14 gün ərzində müavinət siğortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlət sosial siğortası hesabına ödənilir.