Dələduz qadın tutuldu

 

11

Onun digər cinayətlərdə iştirakı araşdırılır

İsmayıllıda dələduz qadın yaxalanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İsmayıllı rayon polis şöbəsi əməkdaşalrı tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Rəmziyyə Məmmədovanın 78 manatını və qızıl əşyalarını dələduzluq yolu ilə alan Bərdə rayon sakini Səadət Məmmədova saxlanılıb.

Hazırda saxlanılan qadının digər cinayətlərdə iştirakı müəyyən araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.