Dəmirəl üçün möhtəşəm məzar hazırlanır (FOTO)

Demirel

Türkiyənin 9-cu prezidenti 90 yaşlı Süleyman Dəmirəl üçün möhtəşəm anıt-məzar hazırlanır.

XALQ.AZ-ın xəbərinə görə, Dəmirəlin dünyaya gəldiyi İsparta şəhərinin İslamköy kəndində hazırlanan anıt- məzarın ərazisi 58 000 kvadratmetr ərazini əhatə edir. Bu isə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün movzleyinin olduğu “Anıtqəbir”dən də böyükdür.

Tikintisi Dəmirəlin mühəndis qardaşı Şövkət Dəmirəl tərəfindən başladılan məzarlığın bu ilin axırına kimi başa çatması gözlənilir.

Məlumata görə, bu ərazidə dünyanın hər yerindən ağaclar əkiləcək, həmçinin S. Dəmirəlin 9-cu prezident olmasının rəmzi kimi 9 süni göl yaradılacaq.

Qeyd edək ki, Süleyman Dəmirəlin də vaxtaşırı bu yerə gedərək tikinti işləri ilə tanış olduğu bildirilir.

D-1

D-2