Dəmiryolu xəstəxanasında soyğunçuluq

5

Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasında qiymətlər özəl xəstəxanalardakı qiymətlərdən heç bir şeylə fərqlənmir. Ödəniş edən xəstələrə heç bir çek, ya da qəbz verilmir və ödənişlərin qeydiyyatı aparılmır.

Bu barədə anonimliynin qorunmasını istəyən vətəndaşın PİA.AZ-a ünvanladığı şikayət məktubunda bildirilir. Şikayətdə qeyd olunur ki, Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasında soyğunçuluq sözün həqiqi mənasında qarşısı alınmaz səviyyədədir və bu soycunçuluq birbişa xəstəxananın baş həkimi Laçın İmanovun rəhbərliyi və diqtəsi altında həyata keçirilir.

Şikayətçimiz qeyd edir ki, hazırda Bakı Dəmiryol xəstəxanasında UZİ aparatının qiyməti 25 manatdan başlayır 45 manatda bitir. 25 manata isə xəstəninin ancaq bir daxili orqanı analiz olunur. Misal üçün qara ciyərinin analizi üçün 25 manat ödəyən xəstə böyrəyinin də analiz olunması üçün əlavə 15, bəzən isə 20 manat ödəmək zorunda qalır. Bundan başqa xəstəxanada rentgen və kardialoji aparatlarında qiymətləri özəl xəstəxanalardaki qiymətlərdən fərqlənmir. Şikayətçi vətəndaş iddia edir ki, “aparatlarda çalışan həkimlər açıq şəkildə bu soycunçu qiymətlərin baş həkim Laçın İmanov tərəfindən təyin olunuduğunu və onlara hər xəstəyə görə görə cüzi faiz verildiyini bildirirlər.

Daxil olan şikayət məktubunda bildirilir ki, baş həkim hər bir şöbəyə özünün bir, ya da bir neçə adamını təyin edib. Ödənişləri də məhz həmin şəxslər həyata keçirirlər. Ödənişlərə görə isə vətəndaşlara heç bir qəbz verilmir. Sadəcə pulu alıb masanın siyirməsinə atır və həkimin yanına keçməyə icazə verirlər.

Baş həkimin ödənişlərə görə vətəndaşlara qəbz verməməsi xəstəxanada hər gün yüzlərlə insandan toplanan külli miqdarda vəsaitlərin mənimsənilməsi anlamına gəlir. Bu həmçinin böyük miqdarda qanunsuz gəlir əldə edilməsi və bu gəlirin vergidən yayınması demək olur.

Qeyd edək ki, şikayət məktubu ilə əlaqədar olaraq PİA.Az-ın əməkdaşı Nəsimi rayonu Puşkin küçəsi 26 ünvada yerləşən xəstəxanada olub və şikayətlə bağlı araşdırma aparıb. Əməkdaşımızın müşahidələri nəticəsində şikayətdə göstərilən faktlar öz təsdiqini tapıb. Ən acınacaqlı vəziyyət isə Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasının binasının vəziyyətidir. Xəstəxananın yerləşdiyi binalar müasir dövrün tələblərinə qətiyyən cavab vermir. Xəstəxananın binaları İkinci Dünya Müharibəsindən əvvəl inşa edilib və binalar tibb ocağının fəaliyyəti və həmçinin yaşayış üçün yararsız vəziyyətdədir. Belə ki, baş həkimin oturduğu inzibati binanın bir hissəsi cari təmir olunasa da, xəstəxananının əsas binalarında divarlarda suvaqlar sökülmüş vəziyyətdədir. Xəstəxanaya daxil olarkən ilk hiss olunan o olur ki, bu xəstəxana son 20-30 il müddətində cari təmir öelə olmayıb. Eyni zamanda xəstəxananın antisanitariya vəziyəti də qənaətbəxş deyil.

PİA.AZ-ın əməkdaşının apardığı araşdırma nəticəsində məlum olub ki, son 3 il müddətində xəstəxana binasının cari təmiri üçün 600 min manat ayrılsa da, xəstəxanqada cari təmir aparılmayıb. Görünür ki, baş həkim Laçın İmanov vətəndaşlardan qanunsuz olaraq aldığı ödənişləri mənimsədiyi kimi, dövlətin təmirə ayırdığı vəsaitləri də mənimsəyir.

Qeyd edə ki, Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasında baş alıb gedən qanunsuzluqlarla bağlı məlumatları ikinci yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…