Dənizə yolu kim bağlayıb?

Paytaxtın Xəzər rayonunda çimərlik problemi yaşanır.

Rayonun Zirə qəsəbəsi, Zirə bağları adlanan ərazidə yaşayan sakinlər XALQ.AZ-a bildirib ki, çimərliyə gedən yolu hasarlayırlar.

50 ildir həmin ərazidə yaşayan sakinlər deyir ki, yay mövsümündə hər dəfə üz tutduğumuz dənizə indi gedə bilmirik:

”İnsanların çimərliyə gedişinə mane olurlar. Hasarın bitəcəyi yerə isə dəmir qapı qoyublar. 50 ildir burada bağ evim var. Hər il yayda bura gəlib çimərliyə gedirdik. Bu il isə çimərliyə gedən yolu kimlərsə hasarlayıb. Aidiyyəti qurumlara müraciət etmişik, lakin heç kim bizim şikayətlərimizə reaksiya vermir. Bununla bağlı sakinlər adından bütün qurumlara, ən yuxarı instansiyalara qədər müraciət ünvanlamışıq”.

XALQ.AZ