Dəniz sahili ərazilər qanunsuz şəkildə zəbt olunub – Hasarlanma

Gecə saatlarında Bakının Buzovna qəsəbəsi ərazisində dəniz sahili ərazilər qanunsuz şəkildə zəbt edilib. 
Bu barədə  yerli sakinlər məlumat verib.
Sakinlər iddia edir ki, sözügedən ərazidə yüksək vəzifəli məmur tərəfindən hasar çəkdirilir.
Hələlik adı açıqlanmayan məmur tərəfindən həmin ərazidə ödənişli çimərlik və istirahət mərkəzi qurulur.
Sakinlər deyir ki, dənizi qanunsuz hasarlayan şəxslər heç kimi saymır:
“Biz dənizi hasarlayan adamlara etiraz etsək də, bizə deyildi ki, heç kimdən qorxmuruq, gedin hara istəyirsinizsə şikayət edin”.
Qeyd edək ki, aidiyyatı qurumlar məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.