Dənizdə batan bir nəfərin cəsədi çıxarıldı

Deniz

Sabunçu rayonunda dənizdə, nəzarət olunmayan ərazidə batan bir nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

XALQ.AZ-ın məlumatına görə, daha bir nəfər isə ölümdən yaxa qurtarıb.

Sabunçu rayonunda dənizdə, “Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.