Dənizdə batan şəxs xilas edildi

Deniz-1

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Hövsan” sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.