Dənizdə batan şəxs xilas edilib

Deniz

Axşam saatlarında dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

XALQ.AZ-ın məlumatına görə, bu haqda informasita Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yayılıb.

Xəbər verilir ki, bir nəfər Bakı şəhərinin Xəzər rayonunda dənizdə, “Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.