Dənizdə batan şəxs xilas edilib

Deniz

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub.

XALQ.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 16:35-də başa çatıb.