Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.

Bu barədə XALQ.AZ-a FHN-ə istinadən xəbər verir.

Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin müdaxiləsi nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

****

Dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Dünənki partlayışda özü öldü, qızının axtarışları davam edir

Onun digər ailə üzvləri – əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.