Dağlıq Qarabağın önəmi: milli qürur, ədalət və beynəlxalq hüquq

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komanda İlham Əliyev 27 sentyabrdan Ermənistanın hücumuna əks hücum olaraq başlayan hərbi əməliyyatların gedişatı ilə bağlı Almaniyanın ARD Televiziyasının müxbirinə müsahibə verib. Müsahibədə səsləndirilən sual və cavabları bir neçə hissəyə bölə bilərik.
“Hal-hazırda nə baş verir?”
Dağlıq Qarabağ və ətraf 7 rayon artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır və Azərbaycan ərazisində qondarma siyasət yerilməkdədir. Məhz bu münaqişənin gedişatında hərbi əməliyyatlar başlanılmış. Cari ildə artıq 3 dəfə Ermənistan ordusu tərəfindən təxribat cəhdləri olmuşdur. Müxbirin “kim biri atəşi açdı?” sualının cavabında da Prezident İlham Əliyev qeyd edir: “…onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.
Münaqişənin gedişatında artıq 3 humanitar atəşkəs bəyan edildi. Sözsüz ki, bunun məqsədi münaqişənin danışıqlar masasında siyasi həllidir. Prezident öz cavablarında qeyd edir: “…bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur” . Artıq sual yarandıqda ki, “bu humanitar atəşkəs kim tərəfindən pozulur?”. Bu sualın cavabı məlumdur.
Müsahibəni başlayan zaman verilən sualların cavablarında cənab Prezident münaqişənin tarixçəsini, hərbi əməliyyatların başlanması prosesini və cari vəziyyət haqqında dolğun məlumat verir. Beləliklə də ARD Televiziyasının tamaşaçılarına hal-hazırda münaqişə gedişatında baş verənlərlə bağlı əsas məqamlar Prezident tərəfindən nümayiş etdirilir.

Dağlıq Qarabağın tarixi və önəmi
ARD kanalının müxbiri müxtəlif “qeyri-müəyyən” mənbələrə istinad edərək Dağlıq Qarabağda uzun müddət yaşamış ermənilərlə bağlı sual səsləndirir. Bu sual cənab Prezident İlham Əliyev tərəfindən konkret formada əsaslar və faktlarla cavablandırılır. Belə ki, Cənab Prezindentin cavablarında bir neçə məqamlar xüsusi ilə qeyd olunmuşdur:

  • ermənilərin Qarabağa köcürməsinin qeyd etdiyi tarixin abidəsi 150 ilin münasibətilədir və 1978-ci ildə ucaldılıb,
  • qondarma Dağlıq Qarabağ dövlətinin paytaxtının adı qədim yox, yeni dövrün dırnaqrası qəhrəmanının adı ilə bağlıdır. “Bu tarix varsa bəs kökləri və qədim adları haradadır?” sualı əmələ gəlir.
    Bunun ardınca isə Cənab Prezident jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir?” sualını elə müxbirin özünə sual verməklə cavab verir: “lzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya?”. Cənab Prezident jurnalistə yaxın və doğma olan torpaqları sadalamaqla, Qarabağın Azərbaycan xalqına necə doğma olduğunu aydın şəkildə izah etdi. Bu fikri davam edərək Prezident xüsusi ilə qeyd edir: “Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir…Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.

Dağlıq Qarabağ münaqişəsində Türkiyənin rolu
Demək olar ki, münaqişə cəbhəsində əməliyyatlar başladıqdan bəri Prezident İlham Əliyevin bütün müsahibələrində Türk ordusu və F-16 təyyarələri mövzusu hallandırılır. Artıq bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinin aydın və şəffaf olması bilinir. Türkiyənin müharibəyə cəlb olunması mövzusuna gəldikdə isə, Türk əsgərləri də Azərbaycanda ola bilər. Onlar ölkəmizə təlim məqsədi ilə gəlib. Bu bilinən faktdır ki, iki qardaş ölkə Azərbaycan və Türkiyə hər zaman birgə hərbi təlimlər həyata keçirir. Ümumiyyətlə müsahibənin bu hissəsində artıq cənab Prezident qərəzəli və təxribat xarakterli suallara cavablandıran zaman əks suallarla müxbirin özünü cavab verən rolunda çıxış etməyə məcbur edir.

Aparıcı: “Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.”
Cənab Prezident: “Siz əsgərlərlə danışmısınız?”
Aparıcı: “Bəli”
Cənab Prezident: “Döyüş meydanında?”
Aparıcı: “Xeyr, döyüş meydanında yox.”
Cənab Prezident: “Bəs harada?”
Aparıcı: “Bakı şəhərində.”
Cənab Prezident: “Onlar burada, Bakıda döyüşürlər?”
Aparıcı: “Xeyr, xeyr…”

Bu məsələyə də kiçik sual-cavab raundu ilə aydınlıq gətirildi.

Qərəzli sualların layiqli cavabları
Müxbir Prezident İlham Əliyevdən ATƏT-in Minsk qrupuna qulaq asıb-asılmaması ilə bağlı soruşur. Burada isə cənab Prezident hər zaman olduğu kimi qətiyyətli və konkret cavabını ortaya qoyur: “Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram”. Yəni cənab Prezident bildirir ki, qulaq asmaqdan asılı olmayaraq qərarlar milli mövqedən irəli gələrək, özü tərəfindən verilir.
Bundan sonra müxbir müsahibə gedişatını təxribat xarakterli növbəti fikirlə davam etdirir: “Onları Rusiya dəstəkləyir?”. Müxbirin bu yanaşmasına Prezident İlham Əliyev yenidən adekvat cavab verərək, müxbiri cavab verən şəxs roluna saldı və müsahibəni yekunlaşdırmağa doğru apardı: “Bu, sizin fikrinizdir?”.

Ali Baş Komandan, cənab İlham Əliyev ARD televiziyasına müsahibəsini təhlil edən zaman bir daha görürük ki, ölkə başçımızın möhtəşəm natiqlik bacarıqları ilə təxribatçı və qərəzli mövqe sərgiləyən müxbir müsahibə gedişatında artıq sorğu edən mövqedən cavab verən mövqesində bir neçə dəfə çıxış etməyə məcbur olunmuşdur.

Şahin Seyidzadə
Milli Məclisinin deputatı