Daha 23 ailə Laçına köçdü

Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Avqustun 9-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 93 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.