Daha 8 qız qaçırıldı

qiz

Əl-Qaidə” terror təşkilatının “Boko Haram” qruplaşması Nigeriyada daha 8 qız qaçırıb.
Xalq.az-ın xəbərinə görə, aprelin 14-ü “Boko-Haram” terror qruplaşmasının üzvləri Nigeriyada yataqxanalardan birində 230-dan çox qızı qaçırmışdılar. Onlar qızları silah gücü ilə yük maşınlarına dolduraraq, naməlum istiqamətdə aparıblar.

Bundan başqa qruplaşmanın bazar günü Qvozaya bağlı Varaba kəndinə hücum etdiyi və burada silahlı şəxslərin 12-15 yaş arası 8 qızı qaçırdığı açıqlanıb.

Silahlılar həmçinin 5 nəfər kəndliyə atəş açaraq öldürüblər.

Xatırladaq ki, daha əvvəl qaçırılan 230 məktəbli qızdan 10-nun qaçaraq xilas olduğu bildirilir.