Daha bir Azərbaycanlı Suriyada öldürüldü

Suriya

 

Daha bir Şəki sakininin Suriyada gedən döyüşlərdə öldürüldüyü xəbəri yayılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şəki  şəhəriSabit Rəhman küçəsində yaşayan 1992-ci il təvəllüdlü Rəhman Sədrəddin oğlunun təxminən bir neçə ay əvvəl Suriyada gedən döyüşlərlə bağlı mücahidlərə qoşulduğu bildirilir.

Vəhhabi təriqətinə qulluq edən 22 yaşlı yeniyetmənin bu addımı atması onun təsir altına düşməkdən daha çox ailəsində olan münaqişə səbəbilə ölkəni tərk etdiyi bildirilir.

Yaxınları Rəhman Sədrəddin oğlunun Suriyada gedən döyüşlərdə öldürüldüyünü təsdiqləsələr də ailəsində onun hüzr mərasiminin keçirilmədiyini bildiriblər.