Daha bir şəhidin yeni doğulan övladına hesab açılacaq-Fotolar

Daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz  Həsən Həsənovun  övladı Həsənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

“ASAN xidmət”dən XALQ.AZ-a verilən məlumata görə, bu məqsədlə 1000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün

keçid:https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir