Daha bir “Şöhrət” ordenli sabiq deputat vəfat etdi
Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev dünyasını dəyişib.
XALQ.AZ xəbər verir ki, 86 yaşlı alim bu gün vəfat edib.
Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Milli Məclisin deputatı olub.
“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub