Daşkəsəndə şəhidimiz anıldı

Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhidimiz Alıyev Vahid Abbas oğlunun il mərasimi keçirilib Milli Məclisin deputatı Kamran Bayramov il mərasiminə qatılıb, onun adına inşa edilmiş bulağın açılışında iştirak edib , məzarını ziyarət edərək əziz xatirəsini yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!