Daşkəsəndə özünü yandıran müharibə iştirakçısı öldü
Daşkəsəndə özünü yandırdan Vətən müharibəsi iştirakçısı vəfat edib.
XALQ.AZ xəbər verir ki, ötən gün benzin tökərək özünü yandıran 28 yaşlı Ədalət İsmayılov Bakıda xəstəxanaya gətirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında dünyasını dəyişib.
Onun yol polisinə etiraz edərək bu addımı atdığı deyilir.