“Davam” Gənclər Hərəkatı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərə start verib

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, rektorun köməkçisi Riyad Rüstəmli, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və Hərəkatın idarə heyətinin üzvü, ali təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmov iştirak edib.

Görüşdə qonaqlar yeni yaradılan “Davam” Gənclər Hərəkatının fəaliyyət istiqamətləri haqqında məlumat verərək universitetlə əməkdaşlıq imkanları və tələbələrin ictimai aktivliklərində hərəkatın oynaya biləcəyi müsbət roldan danışıblar. Öz növbəsində ADPU-nun rektoru da universitetdə tələbələrin ictimai fəallığının olduqca yüksək olduğunu və lazımi səviyyədə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

Возможно, это изображение (один или несколько человек, люди сидят, костюм и в помещении)

XALQ.AZ