“Davam” və “Molodaya Qvardiya” arasında onlayn görüş baş tutub

12 mart tarixində Moldovanın ən fəal gənclər təşkilatlarından biri olan “Molodaya Qvardiya” İctimai Birliyi və “Davam” Gənclər Hərəkatı arasında ilk onlayn görüş baş tutub.

XALQ.AZ xəbər verir ki,görüşdə “Molodaya Qvardiya” İctimai Birliyi tərəfindən Analitik İnformasiya şöbəsinin müdiri Nikita Romenskiy, “Davam” Gənclər Hərəkatı tərəfindən isə Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.Görüş zamanı hər iki təşkilatın gələcək fəaliyyət planı və ikitərəfli əməkdaşlığın perspektivləri barəsində danışıqlar aparılıb. Tərəflər dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qiymətləndirərək fikir və təcrübə mübadiləsi aparıblar. Yaxın günlərdə bu əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə memorandum imzalanacağı gözlənilir.