Davamçılar Fəxri Xiyabanda- Fotolar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 100-dən çox davamçı gənc Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib.

XALQ.AZ xəbər verir ki, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkat adından Ulu Öndərin məzarı önünə əklil qoyub. Davamçılar Ümumilli Liderin məzarına gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər.