Dayanacaqlarda “Wi-Fi” sistemi quraşdırılacaq

Dayanacaq

Tezliklə avtobus dayanacaqlarının pulsuz “Wi-Fi” sistemilə təmin olunmasına başlanılacaq.

XALQ.AZ-ın məlumatına görə, əvvəlcə bir neçə dayanacaqlarda “Wi-Fi” sistemi quraşdırılacaq və sınaq həyata keçiriləcək. Daha sonra yeni xidmət bütün avtobus dayanacaqlarında işə salınacaq. Beləliklə, Avropa Oyunlarının başlanması ərəfəsində Bakı şəhərinin bütün dayanacaqlarının pulsuz internetlə təmin olunması başa çatdırılacaq.

Nəqliyyat nazirliyinin rəsmisi Namiq Həsənov deyir ki, nəzərə alsaq ki, vaxta 10-11 ay var, payız aylarında texniki məsələlər həll olunandan sonra dayanacaqlarda “Wi-Fi” sistemi quraşdırılacaq.

Namiq Həsənovun sözlərinə görə, dayanacaqlarda quraşdırılacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq: “Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi də istisna edilmir”.