DÇ-nin ən yaxşıları- SİYAHI

Futbol

FİFA-nın internet saytından yayılan xəbərdə Dünya Kubokunun ən yaxşı futbolçularının təyin olunduğu “Adidas Qızıl Top Mükafatı”na namizəd 10 futbolçu ilə turnirin ən yaxşı qapıçısına verilən “Qızıl Əlcək” və “Ən Yaxşı Gənc Oyunçu” mükafatlarına namizəd 3 futbolçu təyin olunub.

XALQ.AZ-ın məlumatına görə, FIFA Texniki Araşdırma Qrupunda mütəxəssislərin analiz və araşdırmaları nəticəsində yaradılan siyahılarda mükafat alan futbolçular, Bakı vaxtı ilə 14 İyul Almaniya ilə Argentina arasında oynanacaq final matçının ardından açıqlanacaq.

FİFA-nın “Qızıl Top”, “Qızıl Əlcək” və “Ən Yaxşı Gənc Oyunçu” mükafatları üçün irəli sürdüyü namizədlər isə bunlardır:

“Qızıl Top” namizədləri
– Anxel Di Maria (Argentina)
– Mats Hummels (Almaniya)
– Toni Kroos (Almaniya)
– Filipp Lam (Almaniya)
– Xavyer Maşkerano (Argentina)
– Lionel Messi (Argentina)
– Tomas Müller (Almaniya)
– Neymar (Braziliya)
– Aryen Robben (Hollandiya)
– Ceyms Rodriges (Kolumbiya)

“Qızıl Əlcək” namizədləri
– Keylor Navas (Kosta Rika)
– Manuel Nouyer (Almaniya)
– Serxio Romero (Argentina)

“Ən Yaxşı Gənc Oyunçu” namizədləri
– Memfis Depay (Hollandiya)
– Pol Poqba (Fransa)
– Rafael Varan (Fransa)