Deputa: “Taxıl zəmisi susuzluqdan yandı”

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının üçüncü iclasında bir sıra məsələləri diqqətə çatdırıb.

XALQ.AZ xəbər verir ki, deputat kənd insanlarının dağlardan içməli su gətizdirdiyini deyib:

“Bu il Ağsuda taxıl zəmisi də susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”.

Deputat yol problemini də parlamentdə qaldırıb:

“Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və digər kəndlərində yol yoxdur. Gedib gəlmək mümkün deyil”.

Tahir Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirib. Parlamentari həmçinin qaz limitinin yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını parlamentdə səsləndirib.