Deputat əhalini narahat edən məsələ barədə çıxış etdi

“Vətəndaşlar ev tikintisi üçün kənd təsərrüfatı torpaqlarından istifadə edirlər”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Razi Nurullayev deyib.

 

“İndi bu proses demək olar ki, dayanıb. Vətəndaş gedir qurumlardan torpaq istəyir, deyirlər ki, yoxdur. O da məcbur olur kənd təsərrüfatı torpağında tikir, onu da uçururlar başına. Elə hücum çəkirlər ki, sanki erməni kəşfiyyatıdır. Vətəndaş o torpağın təyinatını dəyişmək imkanına malik olmalıdır. Ev tikintisi üçün yerlər ayrılmalı, sosial evlərin tikintisi sürətləndirilməlidir”.

 

Deputat Siyavuş Novruzov isə cavab olaraq bildirib ki, 5-dən sonra olan digər kateqoriyalarda ev tikmək olmaz:

 

“Bu, qanunla qadağandır. Sabah ərzaq təhlükəsizliyi ilə qarşılaşa bilərik. Hərə gedib kənd təsərrüfatı üçün olan torpaqlarda ev tiksə, necə olacaq? Sosial evlər tikilir. Vətəndaşlar bunu nəzərə almalıdır”.

 

Deputat Razi Nurullayev sonda cavab olaraq qeyd edib ki, həmin kiçik ərazilərdən əkin sahəsi kimi istifadə etmək bizə böyük töhfələr verməyəcək:

 

“Onsuzda hər bir qəsəbədə, rayonda bu cür evlər tikilib. Arada 3-4 sot torpaq qalıb. Oradan əkin üçün istifadə olunması bizə elə də böyük töfhə verməyəcək. Siyavuş müəllim gedib o 3-4 sot torpaqlarda taxıl əkib ərzaq təhlükəsizliyini xilas etmək istəyirsə, buyursun”.